AZ Protein Foods Group MMC


Keyfiyyət Standartı

Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.

Təxminən 12 ay ərzində 400-600 kiloqrama çatdırılan danalar kəsimə göndərilir. 200-300 kq ağırlığında hissələr əldə edilir. Bu hissələr müəyyən soyutma və saxlama müddətindən sonra nəzarət üçün lazım olan hüquqi sənədləşmə, damğalanma işləri həyata keçirilir, ağırlıq, rəng, istilik, pH və yağlılıq yoxlamaları və dərəcələndirmə üçün “AzProtein” Ətsıyırma müəssisəsinə gətirilir. “AzProtein”  Keyfiyyətə Zəmanət heyəti tərəfindən həyata keçirilən əməliyyatların nəticəsi sistemə daxil edilir. Bütün məhsullar bir-bir istilik yoxlamalarından keçirilir, sümüklü qoldakı istilik 4°Cdən, sümüklü budda isə 7°C-dən aşağı düşdükdən sonra sifarişçilərə göndərilir. Beləliklə, sümüklü məhsullarda da mikrobioloji dəyərlər müəyyən səviyyədə saxlanılır.

Bundan başqa, məhsullar müştəriyə təhvil verildiyi zaman istilik çox aşağı olduğu üçün alınan itki onsuz da az olacaq, dolayısıyla, müştəri məhsulu anbara qoyduqdan sonra məhsulun ağırlığı azalmayacaq.
Məhsulların pH yoxlamaları xüsusi diqqətlə həyata keçirilir, pH səviyyəsi 5,8-dən yuxarı olan məhsullar sifarişçiyə göndərilmir. Beləliklə, məhsulların xüsusiyyətləri və rəngindəki xoşagəlməzlik sayəsində yarana biləcək mikrobioloji törəmələrin qarşısı qismən alınır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?