Auto Azerbaijan


1996-ci ildən fəaliyyət göstərən şirkət hazırda Azərbaycanın Ən Böyük Satış və Servis Şəbəkəsinin sahibidir. Hyundai Azerbaijan Bakı şəhərində altı digər rayon və şəhərlərdə isə yeddi rəsmi satış və servis mərkəzi ilə ən sürətli böyüyən avtomobil distribüteridir. Auto Azərbaijan şirkəti, Azərbaycanlı istehlakçıların offroad avtomobillərinə olan həvəsini nəzərə alaraq 2011-ci ildən Chrysler Groupla əməkdaşlığa başlamışdır. 2011-ci ilin ikinci yarısından etibarən Chrysler avtomobillərinin satış mərkəzini açan şirkət Jeep modelləri ilə uğurla debüt etmiş və bu uğurun davamını isə Dodge Durango ilə gətirmişdir. Auto Azərbaijan şirkəti 2011-ci ildən başlayaraq avtomobil bazarında bu boşluğu doldurmaq üçün Geely avtomobillərini Azərbaycan bazarına təqdim edir. Geely avtomobilləri büdcə avtomobilləri olmaqla yanaşı təhlükəsizlik sistemləri ilə təchiz edilmiş və istehlakçının rahatlığını təmin etmişdir. Auto Azərbaijan şirkəti Geely avtomobillərinin rəsmi servisini və ehtiyyat hissələri təminatını öz üzərinə götürərək bu avtomobilləri istehlakçıya əlverişli şərtlərlə təklif edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?