ATR MMC


“Accounting & Tax Resources” MMC Azərbaycan Respublikasının vətəndaşları tərəfindən təsis edilmiş, 30 avqust 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Bir Pəncərə” sistemi ilə qeydiyyata alınmış və fəaliyyətinə başlamışdır. Şirkətimiz “ ATR accounting & tax resources”  ticarət nişanı altında müstəqil şirkətlərlə çalışan beynəlxalq təcrübəyə malik işçi heyəti ilə mühasibat uçotu, menecment konsaltinqi, maliyyə məsləhəti, vergi və hüquq xidmətləri göstərmək üçün əməkdaşlıq edir. Şirkətin istedadlı, yüksək təlim keçmiş işçi heyəti bu xidmət sahələrində və yerli bazarda dərin təcrübəyə malikdir. Fəaliyyət müddəti ərzində beynəlxalq standartlara əsaslanan zəngin maddi və texniki baza yaratmış olan ATR müştərilərini beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlə təmin etmiş və sabit sifarişçi portfeli yaratmağa nail olmuşdur.

Hesab edirik ki, təcrübəli işçi heyəti ilə şirkətimiz Azərbaycanın yerli bazar şəraitinə çox yaxşı uygunlaşmışdır. Məqsədimiz müştərilərimiz üçün mühasibat uçotu, vergi və hüquq, menecment konsaltinqi sahəsində bütün növ xidmətlərin yüksək səviyyədə təşkilini həyata keçirməkdən ibarətdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?