ASET Maliyyə Texnologiyaları BOKT


Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin – 2017-ci ilin oktyabr ayında, təsis edilmişdir. Bugünkü İnformasiya texnologiyaları (İT) dövründə biz özümüzü maliyyə xidmətləri sahəsində innovasiya modeli kimi Azərbaycan Respublikasının bazarına yeni daxil olan maliyyə texnologiyaları şirkəti ("fin-tech") adlandıra bilərik. Biz yerimizdə dayanmırıq və hər zaman yenilliklərə can atırıq. Bu yeniliklərin birinə də onlayn kredit seqmenti aiddir. Onlayn qısamüddətli kredit xidmətlərindən yararlanmaq üçün smartfon vasitəsilə yüklənmiş tətbiqdən istifadə ediləcəkdir. Bu növ kredit nağdsız əməliyyatların dövriyyəsinin artırılmasına xidmət göstərəcəkdir. Layihənin həyata keçirilməsi və fəaliyyəti mobil cihazlardan aktiv istifadə edən əhalinin gündəlik kreditə olan ehtiyacının təmin edilməsinə yönəlmişdir və minimum bürokratiya və sənəd hazırlaması tələb edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?