Zamin Bank


Zaminbank ASC öz fəaliyyətini Azərbaycan Respublikası Milli Bankının 16 noyabr 1992-ci il tarixli 15 saylı lisenziyası əsasında qurmuşdur və bankımıza milli və xarici valyuta ilə hər cür bank əməliyyatları aparmağa icazə verilmişdir.

Bankımızın Bakı, Sumqayıt və Gəncə şəhərlərində 35 filialı və 15 bank şöbəsi fəaliyyət göstərir. Bankda müvafiq icra strukturları ilə bərabər, risklərin idarə edilməsi məqsədilə xüsusi kollegial bölmələr mövcuddur. Həmçinin aktiv (ALKO) və passivlərin (LİKO) adekvat idarə edilməsi məqsədilə xüsusi kollegial qurumlar yaradılmış və səmərəli fəaliyyət göstərirlər.
Bankın daxili imkanları və müxtəlif mənbələrdən cəlb edilmiş maliyyə resursları hesabına maliyyə vəziyyəti durmadan yüksəlir.

Hazırda Zaminbank Azərbaycan Banklar Assosiasiyası, Bakı Banklararası Valyuta Birjası, İqtisadi İnkişaf Nazirliyi nəzdinə Sahibkarlığa Yardım Fondu, SWIFT və Visa İnternational sisteminin üzvüdür. Milli Bankın nəzdində yaradılmış İpoteka Fonduna qoşularaq Zaminbank 2007-ci ildən ipoteka kreditlərini təqdim etməyə başladı.

Zaminbankın əsas məqsədi müştərilərin ehtiyaclarını ödəmək və ən yüksək standardlara uyğun xidmət göstərməkdir. Daima məmnun və sadiq olan müştəriləri bankımızda görməkdən qürur duyuruq. 20 ildir ki biz bütün növ bank xidmətlərini təklif edirik və daim yeniliklərə can atan bankımız 2006-cı ildə Azərbaycanda ilk beynəlxalq sürətli pul köçürmə sistemini yaratdı. “Caspian Money Transfer” adlanan sürətli pul köçürmə sisteminə qısa müddətdə Rusiya, Gürcüstan, Moldova, Tacikistan, Ukrayna və digər ölkələrin bankları qoşuldular. Bu yolla Zaminbank öz beynəlxalq əlaqələr şəbəkəsini genişləndirdi. Bu sistemlə bağlı daha ətraflı məlumat üçün www.cmt.az veb səhifəsinə baş çəkin və ya bizimlə əlaqə saxlayın.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?