Irshad Electronics


"İrşad Electronics" Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biridir. Hal-hazırda "İrşad Electronics"-in Bakı, Lənkəran, Göyçay, Gəncə, Quba, Qəbələ, Bərdə, Sumqayıt və Xırdalan şəhərlərində 31 mağazası fəaliyyət göstərməkdədir.

Azərbaycanda 700-dən çox dilerimiz var. Mağazalarımızda hər alıcının zövqünə və maddi istəyinə uyğun smartfon, aksesuar, məişət texnikası, tozsoranlar, paltaryuyan və qabyuyan maşınlar, ütülər, aspiratorlar və bu kimi digər bol çeşidli məhsullar təqdim olunmaqdadır. Eyni zamanda "İrşad Electronics" Samsung, Honor və Xiaomi kimi brendlərin distributoru olaraq həmin məhsulların topdan satışını da həyata keçirir. "İrşad Electronics"-in uğurlarına gəlincə isə, 2008-2009-cu illərdə “İlin ən yaxşı dileri” pozisiyasında “Uğur” mükafatı ilə təltif olunan "İrşad Electronics" burada da fərqliliyini bir daha isbatlamışdır. Bir qədər sonra isə Bakı şəhərində 24.04.2013 tarixində baş tutmuş “Uğur” Mükafatının 2013-cü ilə özəl təsis olunmuş yeni təqdimat mərasimi keçirildi. “Uğur” Milli mükafatı Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən ilk mükafatdır. Mükafat iş adamlarına, dövlət və ictimai xadimlərə ondan ötrü verilir ki, onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafı yolunda xidmətləri böyükdür.

Nəhəng şirkətlər bu tədbirin iştirakçısı və təltifçiləri idi. Tədbir zamanı 30 şirkət uğur mükafatının qalibi oldu. Bu qaliblər siyahısında "İrşad Electronics" şirkəti də ilk təltif olunanlar sırasında idi. Şirkətimiz Elektronika mağazaları şəbəkəsinin yaradılmasında əldə olunan nailiyyətlərinə görə nominasiyada iştirak edirdi. "İrşad Electronics" şirkəti 2010-2012-ci illərdə də Uğur mükafatı və 2011-ci ildə İlin mükafatı ilə təltif olunub.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?