İşin təsviri
İş barədə məlumat:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək, Alıcıların tələbatına uyğun olaraq onları doğru istiqamətləndirmək
- Rəflərdə məhsul çeşidlərinin olmasına daim nəzarət , məhsulların rəflərə səliqəli düzülüşünü təmin etmək,
- Mağazada baş satıcının (mağaza müdiri) tapşırıqlarını vaxtında və doğru qaydada yerinə yetirmək
Namizədə dair tələblər:
- Tam orta təhsilli (Ali təhsil üstünlükdür);
- Rus dilində sərbəst danışmaq;
- Satış sahəsində minimum 1(bir) il təcrübə;
- Xoş görünüşlü,mədəni, məsuliyyətli, dəqiq, ünsiyyətçil;
- Yaş: 22-35.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Iş cədvəli: 6 günlük qrafik, 9.00-dan 19.00-dək
- Əmək haqqı: 300 AZN + satışlardan Bonus , əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz
- Mağazalar şəbəkəsi yeni fəaliyyətə başladığına görə, qabiliyyətli və istəkli əməkdaşların, növbəti açılacaq mağazalara baş satıcı (mağaza rəhbəri) getmək şansı çoxdur.
Müraciət formanızı CV formasında [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz vacibdir.