Satış Meneceri

  • Online Trading
  • Elanın qoyulma tarixi: 11.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Online Trading” MMC –nin əsas fəaliyyət istiqaməti müxtəlif internet layihələrdir. Hazırda şirkət Azərbaycanın ən böyük onlayn-hipermarketinin (Alsat.az saytının) yaradılmasını həyata keçirir. Şirkətin gələcək planlarında qlobal bazarı hədəfləyən çox böyük xidmət satışı saytının istifadəyə verilməsi və inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Satış Meneceri

Vəzifə öhdəlikləri

• Layihə Menecerinin tapşırıqlarını icra etmək;
• Online mağazada satış reallaşdıra bilmələri üçün müxtəlif vendorlar (satış müəssisələri və ya şəxsləri) tapıb, onlarla görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmək;
• Davamlı bazar araşdırmaları edib, yeni məhsullar və ya şirkətləri tapıb, əməkdaşlığa cəlb etmək;
• Satış dövründə tələbatı müəyyən edib, həmin məhsullarla bağlı düzgün strategiya formalaşdırmaq üçün təkliflər vermək;
• Davamlı trendləri izləmək və yeni trend yarada bilmək üçün planlar qurmaq;
• Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
• Əməkdaşlar və müştərilər üçün motivasiya xarakterli planlar hazırlayıb, rəhbərliyə təklif etmək.

Tələblər

• Təhsil: Təhsil - Ali
• Təcrübə: Minimum 3 il
• Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür)
• İT üzrə biliklər: MS Office proqramları, İnternet axtarış (mükəmməl)

Təkliflər

• Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Bank kartı ilə əmək haqqı ödənişi
• Yüksək səviyyəli iş avadanlığı
• Metrodan 10 dəqiqəlik piyada məsafədə rahat ofis (Plaza)
• İş saatları: 10:00-dan 19:00-dək;
• Nahar fasiləsi 14:00-dan 15:00-dək;

Səriştəlik

• Məsuliyyətli, disiplinli, açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və icra etmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təşəbbüskarlıq, planlı düşüncə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satış Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.