Təlim və Heyətin inkişafı üzrə Menecer

  • Avrora
  • Elanın qoyulma tarixi: 06.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təlim və Heyətin inkişafı üzrə Menecer

• Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən etmək;
• Təşkilatının təlim strategiyasının formalaşdırmaq;
• Həm Şirkətin, həm də işçinin fərdi ehtiyacları əsasında təlim və inkişaf proqramları hazırlamaq;
• Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
• Təşkilat üçün təlim büdcəsi təklif etmək, təlim və ya inkişaf proqramlarına edilən investisiyaların smetalarını təhlil etmək və büdcə daxilində fəaliyyət göstərilməsini təmin etmək;
• İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
• Şirkətdaxili və xarici təlimlərin təşkil etmək;
• Təlim proqramlarının və təlimçilərin effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
• Şirkət əməkdaşları üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
• Çoxpilləli qiymətləndirmə sistemini yaradaraq və tətbiq edərək əməkdaşların işinə
treyninqin verdiyi töfhəni qiymətləndirmək;
• İşçilər üçün təlim kitabçaları və materialları, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Şirkətin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlərə olan tələblər:

• Ali təhsil;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilməli;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; (Qida sektorunda təcrübənin olması üstünlükdür)
• Azərbaycan, İngilis və Rus dilini səlis bilmək (yazılı və şifahi)
• Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
• Güclü təşkilati bacarıqlar;
• Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
• Vəzifələrin icrası üçün çalışqan olmaq;
• Komanda daxilində işləmək istəyi və bacarığı;
• Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Təlim və Heyətin inkişafı üzrə Menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi