Media Satınalması üzrə Mütəxəssis

  • Azerfon
  • Elanın qoyulma tarixi: 24.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Media Satınalması üzrə  Mütəxəssis

Əsas Vəzifə və Öhdəliklər:

• Şirkətin internet, küçə reklamları və yazılı mətbuatda yerləşdirilən reklamlarının satınalması və yerləşdirilməsi prosesini tam olaraq idarə etmək
• Yerli bazarda rəqiblərin reklam yerləşdirməsi dinamikasının monitorinqini aparmaq, performansını təhlil etmək və bu istiqamətdə rəqiblərdən öndə olmaq üçün həll yollarını təklif etmək
• Reklam satınalması və yerləşdirilməsi sahəsində olan qlobal yenilikləri/trendləri araşdırımaq və yerli bazarda tətbiq oluna biləcək ideyalar irəli sürmək
• İnternet, küçə reklamları və yazılı mətbuatda reklam yerləşdirməsinin effektivliyini artırmaq, xərclərin azaldılması və daha geniş auditoriyanı əhatə etmək məqsədi ilə davamlı araşdırmalar aparmaq
• Rüblük olaraq satınalma və yerləşdirmənin optimizasiyası layihələrini hazırlamaq və tətbiq etmək
• Şirkətin reklam yerləşdirməsi sahəsində əldə etdiyi nailiyyətlər haqqında aylıq, rüblük və illik hesabatlar hazırlamaq
• Küçə reklamları, internet və yazılı mətbuat reklam daşıyıcılarına xərclənən büdcəyə, həmçinin bu məbləğlərin kampaniya və layihələr üçün ayrılmış büdcə limitini aşmamasına nəzarət etmək, davamlı və ehtiyac yarandığı halda maliyyə hesabatlarını təqdim etmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə 
• Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək
• İnternet, yazılı mətbuat və küçə reklamları üzrə yerli bazarı yaxşı anlama bacarığı
• MS Office Proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Riyaziyyat, İqtisadiyyat, Menecment və Marketinq üzrə Ali Təhsil
• Müvafiq sahədə 2-3 il iş təcrübəsi (Reklam Agentliklərində işləmə təcrübəsi üstünlük hesab olunur)

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 08/11/2016

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Media Satınalması üzrə  Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Nar is telecommunication services provider which started its operation since 2007. To keep contributing innovations we continuously improve our network to provide our subscribers with easier and more convenient communication tools.

Nar is the place where you can develop professionally and build the carrier. Our company creates necessary conditions for personal and professional development of its employees. Pleasant environment, sincere and friendly staff, interesting social projects and corporate events are the factors making Nar a work place of choice.

Today we are looking for a successful candidate to fill in the position of 

Media Buying Specialist

Role and Main responsibilities:

• To manage all aspects of advertisement buying and placement on Digital, OOH and Press media directions
• To analyze dynamics, trends and performance of the competitors in local market and propose solutions to overcome competition in media placement
• To investigate the international media trends in telecommunication industry and put forward ideas that could be applied locally
• To conduct frequent analyzes to increase efficiency of Digital, OOH and Media placements aiming to decrease contact costs and capture larger audience
• To prepare and deliver placement optimization projects in a quarterly base
• To prepare monthly, quarterly and annual reports on the company’s media placement achievements
• To keep track of expenses related to media placement; making sure expenses do not exceed general budget lines and budgets allocated to specific campaign/project; providing regular and on demand financial reports

Required skills, qualifications and competencies:

• Integrity
• Customer Focus
• Teamwork & Collaboration
• Drive for Results
• Continuous Improvement
• Fluent knowledge of Azerbaijani, English and Russian languages
• Good understanding in Digital, Media and OOH advertising
• Knowledge of Microsoft Office Programmes

Required education and work experience:

• University Degree in Mathematics, Economics, Management and Marketing
• 2-3 years of work experience in relevant sphere (Work experience in Advertising Agencies is preferable)

Additional information:

Job type: full-time
Employment type: permanent
Vacancy closing date: 08/11/2016

The applications should be submitted to:  [email protected]

Applications without Media Buying Specialist in e-mail subject will not be considered
Only shortlisted candidates will be contacted