Aqronom

İşin təsviri

Vəzifə: Aqronom

Əmək haqqı: 1000-1500 AZN

İş barədə məlumat

- Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadənin təmin edilməsi;
- Bazarda olan məhsulların təhlili: İstehsalçılar, tərkib, mümkün olan əvəzləyicilər;
- Fəaliyyətə başlayarkən təmin olunması tələb olunan pestesid və gübrələrin minimum anbar həddi;
- Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməs;
- Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- İstər Bakıda, istər isə regionlarda təlimlərin təşkil olunması.

Namizədə tələblər

- Kənd təsərrüfatı  sahəsində ali təhsil (Aqrokimya ixtisasına üstünlük veriləcəkdir); 
- Mövcud sahə üzrə minimum 5 il iş təcrübəsi;
- MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- Yaş: 25-50 yaş arası;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (upper-intermediate);
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran.

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  9:00  - 18:00
- Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Aqronom” yazmaqla öz cv-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.