İşin təsviri
Vəzifənin məqsədi:
NEZ-u müvafiq sahələri və qurğularında planlı və plansız duruşlar zamanı qaynaq təmir və yeni layihələrə əsasən qaynaq işlərinin təmin edilməsi məqsədi ilə.
Vəzifə öhdəlikləri:
- Qaynaqçı inzibati qaydada şöbə müdiri,sahə rəisinə və istehsalat fəaliyyəti baxımından isə ustaya tabedir.
- Qaynaqçı öz gündəlik işlərini rəhbərliyinin sərəncam və göstərişlərini eləcə də bu vəzifə təlimatını rəhbər tutaraq qurmalıdır.
- Qaynaqçı öz fəaliyyətində texniki istismar qaydalarını (TİQ), təhlükəsizlik texnikası qaydalarını (TTQ), yanğın təhlükəsizlik qaydalarını (YTQ), istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını, işə dair normativ texniki sənədləri, standartları, əmr və sərəncamları, daxili nizam-intizam qaydalarını, zavodun Əsasnaməsini, mövcud vəzifə təlimatlarını, tabeçiliyində olduğu müdiriyyətin yazılı və şifahi göstərişlərini öz işində rəhbər tutmalıdır.
- Qaynaqçı bilməlidir:
- Qaynaq avadanlıqlarının düzgün istismar qaydalarını;
- Qaynaq tikilişinin növləri , qaynaq prosedur spesifikasiya istifadəsi və yerinə yetirilmə texnologiyasını;
- Müxtəlif markalı poladlardan olan birləşmələrin müxtəlif növlərdə qaynağı üsullarını.
- Texniki təhlükəsizlik qaydalarını.
- Normativ tələblərlə bağlı:
- Ətraf mühitin qorunması üzrə qanunvericiliyi və fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini;
- Ətraf mühitin qorunması və təhlükəsizlik texnikası üzrə normativ tələbləri;
- Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini;
- Fəaliyyətlə bağlı risklərin və onların idarə edilməsi üzrə tədbirləri;
- Əməyin və istehsalatın təşkilini, əmək qanunlarının əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını, istehsalat sanitariyasını və yanğından mühafizə qaydalarını təmin edən təlimatları.
- Qaynaqçı istənilən qara və əlvan metal qaynağı edir;
- Qaynaq üzrə dupleks,super dupleks və digər metal markaları və növləri qaynaq edir;
- Paslanmayan materialları vasitəsilə qaynaq edir;
- Boruların və metal dirsəklərin qaynağı ilə birləşdirilməsini edir;
- Qaynaqların cilalayıcı və digər mexaniki vasitələrlə və ya birbaşa rəhbərlərin təyin etdiyi prosedurlara uyğun olaraq təmizlənmələrinə cavabdehdir;
- Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət edir, vizual baxış keçirir, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlayır, aşkar edilən nasazlıqları aradan qaldırır və sahə rəisinə məlumat verir;
- Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl edir;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməlidir və iş vaxtı onlara ciddi riayət etməlidir;
- İşə başlayarkən sahə rəisinin nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
- Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə rəhbər şəxsə məlumat verməlidir;
- Qayanq tikişinin temperatur rejiminə ciddi nəzarət edir;
- Mürəkkəb metal konstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunmasını və s. bilməlidir;
- Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
- İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
- Qaynaq sərf material markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
- Qaynaqçı iş qabağı geyim paltarını, əlcəyini, qoruyucu maskasını və eynəyini yoxlamalı,yadda saxlamalıdır ki,gərginlik altında işləyir.
- Transformator və qaynaq olunan konstruksiya yerlə əlaqələndirilməlidir. Hər hansı nasazlığı yalnız transformator dövrədən açıldıqdan sonra aradan qaldırılmalıdır;
- Qaynaq şüşəsinin üzərinə adi şüşə parçası qoymalıdır ki, çirklənəndə dəyişmək mümkün olsun. Reduktor və generatorun germetikliyini sabunlu su ilə yoxlamalıdır;
- İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmalı, iş yerini təmiz yığışdırmalıdır;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.
- Alətləri, avadanlıqları, onlar üçün ayrılmış yerdə saxlamalı;
- Cəmiyyətin rəhbərliyinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir;
- Öhdəliyində olan alət, avadanlıq və digər ləvazımatlara cavabdeh olmalı ,
- Alətləri, avadanlıqları, onlar üçün ayrılmış yerdə saxlayır;
- İş yerini təmiz saxlayır;
- İş prosesi ilə əlaqədar ortaya çıxan problemlər barədə ustanı xəbərdar edir;
- SƏTƏM qaydalarına riayət edir.
Tələblər:
- Müvafiq sahə üzrə Peşə təhsili
- Müvafiq sahə üzrə Sertifikat
- Təcrübə - 3 il
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Qaynaqçı” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30.06.2024