Şirkətdə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiliyinə uyğun təşkil olunmasına nəzarət etmək;
Mühasibatlıq sisteminin əməliyyat inzibatçılığı funksiyalarını həyata keçirmək,
Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunmasına nəzarət etmək;
Balans və balansdankənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirmək;
Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik etmək;
Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin etmək;
Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin etmək;
Fəaliyyəti ilə əlaqədar olaraq şöbənin digər strukturlarla əlaqələndirilməsi təşkil etmək;
Kassa və bank əməliyyatları uçotunun qaydalara əsasən təşkili və icrasına nəzarət etmək;
Ayın bağlanması ilə əlaqədar 1C ERP sistemində əməliyyatları yoxlamaq;
Ay bağlandıqdan sonra şirkətin balans, gəlir – xərc hesablarının düzgünlüyünü yoxlamaq;
Gündəlik və həftəlik olaraq pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
Müəssisənin dövrü (günlük, aylıq,rüblük, illik) maliyyə hesabatlarının idarəetmə uçotuna uyğun hazırlanmaq;
Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
Daxili və Xarici Maliyyə qurumlarına tələb olunan hesabatların təqdim olunması;
Şöbənin əməkdaşlarının işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
Tələblər:
Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır);
Peşəkər mühasib sertifikatın olması
Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
Azərbaycan və Rus dillərində səlis danışıq və yazı;
MS Excel və 1 C ERP proqramların sərbəst istifadəsi;
Güclü təşkilatçılıq və yüksək təqdimat bacarığı;
Komanda idarəetmə təcrübəsi;
Çeviklik və uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.