Süni intellekt mühəndisi

  • Azercosmos
  • Elanın qoyulma tarixi: 28.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas funksiyalar:

  • “State of the art” kompüter görməsi modellərinin hazırlanması
  • Elmi tədqiqatların aparılması və əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
  • Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
  • Səmərəli, təkrar istifadə edilə bilən və etibarlı kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
  • Bulud əsaslı həllərdən istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi
  • İstifadədə olan proqram təminatı və süni İntellekt modellərinin müxtəlif komponentlərinin fərqli aspektlərdən optimallaşdırılması üçün effektivliyinin təhlili, modellərinin performansının təkmilləşdirilməsi, konfiqurasiyası və sazlanması
  • Datanın yoxlanılması, etiketlənməsi və təmizlənməsi.

Tələblər:

  • Ali təhsil (Kompüter elmləri, mühəndisliyi və ya oxşar sahələrdə bakalavr dərəcəsi
  • Obyekt yönümlü dizayn nümunələri və prinsipləri
  • Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması və generativ modelləşdirmə tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
  • Dərin öyrənmə kitabxanaları ilə praktiki bilik və kodlaşdırma təcrübəsi (məsələn, TensorFlow, PyTorch)
  • Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət

Bilik və bacarıqlar:

  • Peyk təsvirləri ilə iş təcrübəsi
  • Amazon AWS, Google Cloud kimi bulud əsaslı həllər ilə təcrübə
  • İş axınının idarə edilməsi alətləri (məsələn, Airflow) ilə əvvəlki təcrübə

Dil bilikləri: 

  • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) 
  • İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) 

Kompüter bilikləri: 

  • mütləq - Python proqramlaşdırma biliyi, MS Office (Word, Excel, Outlook, PowerPoint), MS Project

Üstünlüklər:

  • Yüksək təsirli genişmiqyaslı kompüter görmə layihələri üzərində işləmək
  • Yüksək Performanslı GPU serverlərinə giriş 
  • Elmi nəşrlərin müəllifi olmaq imkanı
  • Əməkdaşlığın təşviq edildiyi və biliyin sərbəst şəkildə paylaşıldığı dəstəkləyici və inklüziv mühit.
  • Rəqəbatcil əmək haqqı

Bu meyarlara uyğun namizədlər CV-lərini 10.01.2024-cü il tarixinədək e-mail ünvanına ““Süni intellekt mühəndisi”” başlığı ilə göndərə bilərlər