Baş aşpaz

İşin təsviri

Şöbə: Mətbəx
Tabeçilik: Baş menecerə 

Əmək funksiyası tələbləri:

  • Mətbəx fəaliyyətlərinin müvafiq Korporativ Strategiyaya uyğun olmasını və lazım gəldikdə Hotel tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Mətbəx  Əməliyyat təlimatlarının hazırlanmasına və yenilənməsinə nəzarət etmək;
  • Mətbəx sahələrində assosiativ –qonaq/şərik-daxili müştəri qarşılıqlı əlaqəsini müşahidə edərək vaxt keçirmək, lazım gəldikdə köməkçiləri məşq etmək üçün Departament rəhbərləri vasitəsilə işləmək;
  • Hər bir mənfəət mərkəzinin (məsələn: Outlet, Banketlər) maksimum qazanc əldə etməyə uyğun işləməsini təmin etmək;
  • Hər bir xərc mərkəzinin (məsələn: Stüardinq) mümkün olan ən aşağı xərc strukturu ilə işləməsini təmin etmək;
  • Əməliyyat boyu təqdim olunan qida məhsullarını dadmaq və izləmək, lazım gəldikdə rəy bildirmək;
  • Bütün mətbəx əməkdaşlarının işə qəbulu və seçimində köməklik etmək. Aşpazlarının işə götürərkən hotel qaydalarına əməl etmələrinə və tərəfdaşlarını seçmək üçün səriştə əsaslı yanaşmadan istifadə etmələrinə əmin olmaq;
  • Bütün mətbəx əməkdaşlarının düzgün forma geyimlərinə və mehmanxana və departamentin baxım standartlarına uyğun olaraq yüksək şəxsi görünüş və gigiyena standartlarına riayət etmələrinə əmin olmaq üçün onların punktuallığına və görünüşünə nəzarət etmək;
  • İllik Performans İnkişafı üzrə Müzakirələr aparmaq və əməkdaşların peşəkar inkişaf məqsədlərində onlara dəstək olmaq. 
  • Şöbədə həftəlik iş qrafiklərinin hazırlanmasına və yerləşdirilməsinə nəzarət etmək, onların biznes ehtiyaclarını və digər əsas fəaliyyət göstəricilərini əks etdirdiyinə əmin olmaq;
  • Bazar siyahısının hazırlanması üçün cavabdeh olmaq;
  • Qəlyanaltı və soyuduculara gündəlik nəzarət etmək;
  • Mövcud olan avadanlıqları təmiz saxlamağa nəzarət etmək;
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq;
  • Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək;
  • İaşə obyektinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsindən istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək;
  • İaşə obyektinin qida xərclərinin “brend vədini” çatdırmaqla yanaşı, gəlirlərin maksimuma qaldırılmasına müvafiq olaraq idarə edilməsini təmin etmək;
  • İnventarların idarə edilməsi, hotelin əməliyyat avadanlıqları və digər aktivlərinə müntəzəm texniki xidmət göstərilməsi, o cümlədən nominal anbarların təşkili, tələb olunduqda, avadanlıqlara qulluq, onların qorunub saxlanılması və inventarlaşdırılması işlərində iştirak etmək;
  • Mətbəx işçilərinin “Biz bir komandayıq!” şüarı altında digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərməsinə əmin olmaq;
  • İşçilər, stajor və şagirdlər üçün təlim keçirmək;
  • Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək;
  • İaşə şöbəsinin meneceri ilə sıx əməkdaşlıq edərək gigiyena standartlarının yerinə yetirilməsi, avadanlıqların istismar ömrünün yüksəldilməsi və sıradan çıxmasının qarşını almaq məqsədi ilə onlara lazımi xidmət göstərilməsini təmin etmək.

Tələblər:

  • Ali və ya natamam ali təhsil.
  • İş təcrübəsi: Müvafiq sahəsində ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi.
  • Mətbəx xidmətlərinin göstərilməsi qaydalarını;
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Kompüter bilikləri: Restoran proqramlarından, MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili – yaxşı səviyyədə.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir.
  • Əməkdaş yaşayış yeri ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini e-mail ünvana başlıq hissəsinə “Baş aşpaz” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 20.08.2023