Şahbuz üzrə vakansiya və iş elanları

Şahbuz ərazisində iş elanları üçün tələbat yüksək deyil, vakansiyalar da nisbətən azdır.
Şahbuzda yaşayanlar iş tapmaqda çox vaxt çətinlik çəkir, məşğulluq səviyyəsi də o qədər yüksək deyil.
Azərbaycanın digər bölgələrində qoyulan iş elanlarından o qədər də fərqlənmir. Ölkədə qoyulan vakansiyaların çoxu ya Bakı, ya da şəhərlərdə yaşayan yüksək istisaslı kadrlar çündür. Distant iş axtaranlar üçün uyğun vakant yerlər də burada təbii ki, çox azdır.
Gələcəkdə Şahbuz rayonunda iş imkanları perspektivi o qədər də yaxşı deyil.

 

Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə daxil olan Şahbuz rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (1978-ci ildə Babək) rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil rayon kimi təşkil edilmişdir.
Şahbuz rayonu şərq və şimaldan Ermənistanla həmsərhəddir. 25 yaşayış məntəqəsini birləşdirir. Rayon 22 inzibati ərazi dairəsini əhatə edir. Mərkəzi Şahbuz qəsəbəsidir.