Ordubad üzrə vakansiya və iş elanları

Ordubad ərazisində iş elanları üçün tələbat yüksək deyil, vakansiyalar da nisbətən azdır.
Ordubadda yaşayanlar iş tapmaqda çox vaxt çətinlik çəkir, məşğulluq səviyyəsi də o qədər yüksək deyil.
Azərbaycanın digər bölgələrində qoyulan iş elanlarından o qədər də fərqlənmir. Ölkədə qoyulan vakansiyaların çoxu ya Bakı, ya da şəhərlərdə yaşayan yüksək istisaslı kadrlar çündür. Distant iş axtaranlar üçün uyğun vakant yerlər də burada təbii ki, çox azdır.
Gələcəkdə Ordubad rayonunda iş imkanları perspektivi o qədər də yaxşı deyil.

Ordubad çox qədim tarixə malik, özünün milli-mənəvi dəyərləri ilə seçilən rayondur. Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Relyefi əsasən dağlıq, az bir hissəsi dağətəyi, 5-6 faizi isə aran ərazidən ibarətdir. Son dərəcə zəngin bitki florası və faunası vardır. Yaşayış məntəqəsi əsasən dağətəyi ərazidə yerləşir.