Culfa üzrə vakansiya və iş elanları

Culfa ərazisində iş elanları üçün tələbat yüksək deyil, vakansiyalar da nisbətən azdır.
Culfada yaşayanlar iş tapmaqda çox vaxt çətinlik çəkir, məşğulluq səviyyəsi də o qədər yüksək deyil.
Azərbaycanın digər bölgələrində qoyulan iş elanlarından o qədər də fərqlənmir. Ölkədə qoyulan vakansiyaların çoxu ya Bakı, ya da şəhərlərdə yaşayan yüksək istisaslı kadrlar çündür. Distant iş axtaranlar üçün uyğun vakant yerlər də burada təbii ki, çox azdır.
Gələcəkdə Culfa rayonunda iş imkanları perspektivi o qədər də yaxşı deyil.

Culfa Naxçıvan Muxtar Respublikasının qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir.

Rayonda Gigiyena Epidemiologiya Mərkəzi, 27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, «Əlincə» kinoteatrı, mərkəzi xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi və digərləri fəaliyyət göstərir.
Culfa Rayon İcra Hakimiyyətinin orqanı olan «Arazın səsi» qəzeti 1935-ci ildən nəşr olunur.
Culfa rayonunun ərazisindən keçən dəmir yolunun uzunluğu 85 kilometrdir. Həmin dəmir yolu birinci kateqoriyaya aiddir.
Avtomobil yolunun uzunluğu isə 273 kilometrdir...

Ətraflı