
Azərbaycan Hava Yolları (AZAL)
“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşımışdır.
Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür.
AZAL 23 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir.
AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.
Rəy yoxdur. Bəlkə elə indi sən özün birinci rəyi yazasan?
