Müsahibədə zəif cəhətlərinizi soruşduqda necə cavab verməli?

Bu sualdan sizin kimi heç kəsin xoşu gəlmir.Hamımız bilirk ki,müsahibədə özümüz haqqında pis bir şey deməli deyilik.Bu suala çoxları yalançı cavablar verir.Siz heç mükəmməl işçi olmadığınızı və ya çox çalışqan olmadığınızı demisiz?Əlbəttdə yox.Əgər sizin cavabınızdan sonra işəgötürən sizə olan marağı itməsə böyük ehtimalla cavabınızın dəqiqliyini yoxlamaq üçün müsahibənin gedişində eyni sualı sizə başqa formada ünvanlayacaq.

Bu sualın verilməsinin əsl mahiyyəti nədir?

İşəgötürən onsuzda sizin özünüz haqda pis nə isə deməyəcəyinizi bilir.Bəs cavabınız onlara sizin haqda nə məlumat verir?

1)Çətin suala reaksiyanızı öyrənir.

2)Bəziləri sizin müsahibəyə necə hazırlaşdığınızı görmək istəyir.

3)Verilən cavab işəgötürən üçün sizin şəxsiyyətiniz haqqında müəyyən fikir formalaşdırır.

Bu suala ən yaxşı cavab üsulları.

Elə zəif bir cəhət deyin ki,bu iş üçün müsbət hal sayılsın.Məsələn sizin səbrsiz olmağınız ailə və dostlarınız arasında mənfi hal sayıla bilər.Amma satış şöbəsində,və ya planla əlaqəli işlərdə səbrsiz olmağınız müsbət cəhət sayılır.Çünki aylıq plan olan işlərdə səbrsiz olan əməkdaş daha tez nəticə verir.Və ya astagəl insanlara qarşı dözümsüz olduğunuzu desəz işəgötürən üçün bu müsbət hal sayılacaq.

İdarə edə bildiyiniz zəif cəhətlərinizdən danışın.Məsələn yaddaşınızın bir az zəif olduğunu deyin.Amma bu problemi aradan qaldırmaq bütün işlərinizin gündəlik dəftərdə qeydiyyatını apardığınızı bildirin.Bu üsulla hər hansı bir iş yadınızdan çıxdıqda belə gündəlikdəki qeydlərin köməyinizə çatdığını vurğulayın.

Aradan qaldırdığınız zəif cəhətlərdən danışmayın.Artıq öhdəsindən gəldiyiniz ,keçmişdə olan hər hansı zəif cəhətiniz olubsa bu haqda danışma yersizdi.Çünki siz artıq problemi həll etmisiz.

Ümumiyyətlə elə cəhətlərinizdən danışın ki,ya işinizə köməyi olan cəhətlər olsun ya da işinizi görməyə mane törədəcək şeylər olmasın.Bu suala cavabınız nə qədər kreativ və strateji olsa müsahibəniz də bir o qədər uğurlu alınacaq.

 

 

Tərtib etdi: Ülvi Ağayev

Mənbə: jobin.az

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

10.09.2020