İş bazarının pandemiyanın ciddi təsirinə məruz qaldığı vaxtda işi olanlar bir sıra davranışlara xüsusi diqqət yetirməlidir. Əks təqdirdə həmin davranışlar nəinki hazırki iş yerlərində, hətta mümkün gələcək karyera imkanlarına da mənfi təsir göstərə bilər. Bu davranışlardan bəzilərini sizinlə bölüşürük:

 

  1. İş barəsində hər şeyi bildiyini zənn etmək.
  2. Komanda ruhuna diqqət etməmək.
  3. Iclaslarda hazırlıqsız iştirak etmək.
  4. Öz sektorunuzdakı dəyişiklikləri yaxından izləməmək.
  5. Özünüzü inkişaf etdirməyə çalışmamaq.
  6. Yazdığınız e-mail-i gözdən keçirmədən göndərmək.
  7. Həll yolu təklif etmədən yalnız problemlərdən şikayətçi olmaq.
  8. Özününü olduğundan daha bilikli və bacarıqlı zənn etmək.
  9. Səhv və uğursuzluqlardan dərs çıxarmamaq.
  10. Ehtiyac olduqda belə başqalarından kömək istəməmək.
  11. Sahənizlə bağlı tədbirlərə, təlim və seminarlara qatılmamaq.
  12. Dəyişikliyə açıq olmamaq.
  13. Öz bildiklərinizi başqaları ilə paylaşmamaq.
  14. Bir peşəni yalnız maaş üçün sevmək.
  15. Digər işçilərin də sizin kimi düşündüyünü fikirləşmək.
  16. Texnologiyadakı yenilikləri yaxından izləməmək.
  17. İşinizdən məmnun olmadığınız halda aktiv iş axtarmamaq, fürsətlərin ayağınıza gələcəyini düşünmək
  18. Karyera və peşə dəyişikliyi üçün gecikdiyini düşünmək.
  19. CV-ni vəziyyətə uyğun, dinamik saxlamamaq.
  20. İşdən ayrılarkən münasibətləri korlamaq.

 

Mənbə: resume.az 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

18.09.2020