İşin təsviri
Vəzifə və məsuliyyətlər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və tranzaksiyaların sistemə işlənməsi.
- Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor hesablaşmalarının aparılması və eqimələrin sistemə işlənməsi.
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi.
Tələblər:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- SAP proqramlarında işləmək bacarığı üstünlükdür.
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
- ACCA sertifikatlarından birinin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl, ingilis və rus dili üstünlükdür;
- Analitik düşünmə, müstəqil qərar vermə qabiliyyəti;
- Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olmalı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda dəqiq icra olunması.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına məktubun mövzu (subject, тема) hissəsində Mühasib qeyd edib göndərə bilərlər.