Sahə Aqronomu

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 17.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət
  • Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir
  • Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması
  • Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsi ilə bağlı işləri planlayır və təşkil edir
  • Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi
  • Rüblük hesabatların hazırlanması
  • İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak edir
  • Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir.
  • Bağlarda çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil edir, onların problemləri, təklifləri ilə maraqlanır və aidiyyati şöbələr üzrə məlumatların verilməsini təmin edir

Tələblər:

  • Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür)
  • Müvafiq sahədə 3 il iş təcrübəsi
  • Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
  • Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
  • Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
  • İdarəetmə təcrübəsi
  • Analitik düşünmə bacarığı
  • Microsoft Excel, 1C bilikləri

Sosial imtiyazlar:

  • Nəqliyyat
  • Ödənişsiz nahar
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma

https://glorri.com/grandagro/63187e3482a5784897deb237-Sah%C9%99%20Aqronomu?sources=JobSearch

İşəgötürənin reytinqi