Mexanik / Texnik

İşin təsviri

Vəzifələr:

  • İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
  • Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
  • Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası
  • Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
  • Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması

Tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • Müvafiq sahə üzrə (mexanik) minimum 5 il təsdiqli iş təcrübəsi
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
  • Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları

Əmək haqqı 800-1000 azn.

Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.

İşçilər servis xidməti ilə təmin olunacaqlar.

Xahiş edirik CV-lərinizi Mexanik / Texnik qeyd etməklə e-mail ünvanına göndərəsiniz.

Email: [email protected]

İşəgötürənin reytinqi

Facility Management Group tərəfindən digər vakansiyalar