Mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 31.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
  • Kassa  əməliyyatlarının yerinə yetirilməsi.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-taxes.gov.az  portalından istifadə etmə bacarığı;
  • Elektron  qaimə , faktura,  hesab fakturalarının işlənməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
  • Müəssisənin maliyyə fəaliyyətinin işlənilməsi.

Əsas tələblər:

  • Ali təhsil.
  • Minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib” qeyd edərək elektron ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]