Help Desk (texniki dəstək)

  • BOA Agency
  • Elanın qoyulma tarixi: 21.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək
  • İstifadəçi komputerlərinə nəzarət və çıxan problemlərin həlli
  • MS Office üzrə istifadəçi bilikləri, Klient əməliyyat sistemlərinin qurulması, nüsxələrinin çıxarılması, sistemdə çıxan problemlərin aradan qaldırılması
  • Noutbuk, skanerlər, printerlər, telefonlar və digər periferiya qurğularına texniki dəstəklə təmin etmək
  • Access Point, Swicth və Routerlərin konfiqurasiya edilməsi, şəbəkə kabellərinin çəkilişi və şəbəkə avadanlıqlarının montajı
  • Şirkətin IT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq IT avadanlıqlarında çıxan nasazlıqları aradan qaldırmaq, mümkün olarsa sıradan çıxmış avadanlıqların detallarını dəyişməklə işləkliyini təmin etmək və ya prosedurlara müvafiq olaraq təmirə göndərmək
  • Komputerlərin və printerlərin mütəmadi diaqnostikasını aparmaq

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (texniki təhsil arzu olunandır)
  • Rus dili biliyi arzuolunandır
  • İngilis dili biliyi (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi)
  • IT sahəsində 1 ildən artıq iş təcrübəsi (Windows ƏS/ şəbəkə bilikləri və iş təcrübəsi)
  • Windows 7/10/11 Ə.S-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi
  • İstifadəçilərin uzaqdan bağlantısı üçün VPN bağlantısını təmin etmək və dəstək göstərmək
  • Outlook dəstək və konfiqurasiya
  • DC və LAN üzrə başlanğıc biliklər
  • İp telefoniya haqqında fundamental biliklər
  • DVR\NVR kamera müşahidə sistemlərinin idarə olunması üzrə biliklər
  • AD, DHCP və DNS üzrə biliklər
  • Şəbəkə Printerlərlə iş üzrə bilik və iş təcrübəsi
  • Passiv, aktiv şəbəkənin və kompüterlərlə bağlı başqa avadanlığın montajı
  • PC və Laptop hissələrinin əvəz edilməsi (CPU, RAM, GPU, PSU, HDD/SSD və s.)
  • Diqqətlilik
  • Ünsiyyət qurma bacarığı
  • İcraedicilik

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək haqqı – 400 - 500 azn
  • Əmək müqaviləsi.
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün (şənbə və bazar)
  • İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D