Əmək haqqı mühasibi

  • Company
  • Elanın qoyulma tarixi: 15.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İş vaxtının uçot tabellərini qəbul edir, təhlil edir, nəzarət edir və onları hesablara uyğun işlənməyə hazırlayır; 
  • Müəssisə işçilərinin əmək haqlarını, məzuniyyət və kompensasiya üzrə ödənişləri, son haqq-hesab, xəstəlik və digər müavinətləri hesablayır, əməyin ödənilməsi fondunun xərclənməsinə nəzarət edir;
  • Mühasibat yazılışlarının qeydiyyatını aparır və onları hesablar üzrə köçürür;
  • Dövlət büdcədənkənar sosial fondlara sığorta ödəmələrinin, fəhlə və qulluqçuların əmək haqlarının, digər ödəniş və tədiyyələrin, habelə şirkət işçilərinin maddi həvəsləndirilməsinə ayrılan vəsaitlərin hesablanmasını  və köçürülməsini yerinə yetirir; 
  • Dövri hesabatları müəyyən edilmiş müddət çərçivələrində hazırlayır, mühasibat sənədlərinin qorunub saxlanmasına nəzarət edir, onları arxivə verilməsi üçün müəyyən edilmiş qaydaya uyğun olaraq rəsmiləşdirir; 
  • Kassa intizamının yerinə yetirilməsinə, təhtəlhesab şəxslərlə hesablaşmalara nəzarət edir.

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə)
  • Əmək haqqının hesablanması üzrə minimum 3 illik peşəkar iş təcrübəsi;
  • Elektron hökümət portallarında (e-gov və e-taxes) işləməyi bacarmalı;
  • Ofis avadanlığı və kompüter proqramlarının (MS Office) əsaslarını yaxşı səviyyədə bilməli, 1C 8.3 proqramı üzrə bilik və bacarıqlarının olması mütləqdir;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilməli;
  • Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası

İş şəraiti:

  • İş yeri – Bakı şəhəri
  • İş saatları – 08:00-17:00 və ya 09:00-18:00, bir saat nahar fasiləsi
  • Nahar təmin edilir
  • İstirahət günləri –  Şənbə və bazar
  • Əmək haqqı – Danışıq yolu ilə.

Maraqlanan şəxslər mövzu yerində “Əmək haqqı mühasibi” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.

Email: [email protected]