Lombard krediti üzrə mütəxəssis

  • Sizin Lombard
  • Elanın qoyulma tarixi: 29.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil/ natamam ali təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: kişi (arzuolunandır)
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Şənbə: 10:00-16:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Lombard krediti üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Sizin Lombard tərəfindən digər vakansiyalar