Satış Direktoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq, həftəlik və illik satış hədəflərini təyin etmək və idarə etmək;
  • Marketing strategiyalarının, trendlərin analiz və nəticələrinin gəlir planının təhlilini aparmaq;
  • Regionlar və ərazilər üzrə illik satış kvotalarını proqnozlaşdırmaq və inkişaf etdirməklə satış məqsədlərini müəyyən etmək;
  • Mövcud və yeni məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq;
  • Satış qiymətlərinin müəyyən edilməsi üçün bazar araşdırması aparmaq;
  • Bazar tələblərini və rəqabət mühitini aşkarlamaq;
  • Rəqibləri , bazarda tələbatını, dəyişkən tendensiyaları araşdıraraq satış həcmini yüksəkdə saxlamaq;
  • Müştəri bazasının genişləndirilməsi məqsədi ilə strateji plan hazırlamaq və icra edilməsinə nəzarət;
  • Korporativ müştərilərlə menecment səviyyəsində əlaqələr yaratmaq;
  • Müştəri ehtiyac və məqsədlərini aşkarlamaq üçün onlarla daim ünsiyyətdə olmaq;
  • Güclü, uzunmüddətli şirkət və müştəri münasibətlərini yaratmaq, inkişaf etdirmək və idarə etmək;
  • Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
  • Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək;
  • Satış sonrası müştəri məmuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
  • Xərcləri, rəqabəti, tələb və təklifi izləməklə satış qiymətlərini düzgün təyin etmək və tənzimləmək;
  • İş nəticələrinə əsasən işçilər üzrə iş yükünü bölüşdürərək və sxemləşdirərək yerli satış proseslərinin tələblərini yerinə yetirmək;
  • Satış, mühasibatlıq və əməliyyat şöbələri ilə birgə iş quraraq satış tələblərini yerinə yetirmək;
  • Marketinq və satış arasında olan sıx və ardıcıl əlaqənin yaradılması ilə KPİ hesabatlarının verilməsi;
  • Aparılan analitik hesabatlar vasitəsi ilə potensial müştərilər haqqında məlumatların keyfiyyətini yoxlamaq.

Tələblər:

  • Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Ümumi satış təcrübəsi 5-8 il, rəhbər təcrübəsi ən azı 3 il;
  • Azərbaycan və Rus  dillərində mükəmməl yazma və ünsiyyət bacarığı, İngilis dili yaxşı;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Məlumatların təhlili, hesabatların hazırlanması və tendensiyalar əsasında strateji qərarların verilməsi sahəsində təcrübəsi olmalıdır;
  • Qısa müddət ərzində bir neçə layihəni eyni anda idarə etmə bacarığı;
  • Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Satış sahəsi üzrə nəzəri və praktiki bilgiləri, komanda idarəedilməsi bacarığı olmalıdır;
  • Yüksək səviyyədə ünsiyyət qurma və təqdim etmə bacarığı.

 

https://glorri.com/abc-telecom/619f4a6801f5a5f92ec82a44-Sat%C4%B1%C5%9F%20Direktoru?sources=jobsearch