Korporativ Satış üzrə menecer

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bazar təhlili və aktiv şəkildə korporativ müştərilər axtarmaq.
• Danışıqlar aparmaq, şərtləri razılaşdırmaq və müqavilələr bağlamaq.
• Korporativ satış üzrə planı həyata keçirmək.
• Mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlər və sorğular keçirmək.
• Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan məhsul və xidmətlərin korporativ növlərini təşviq etmək.
• Satışları ən sərfəli qiymətlərlə ən yüksək səviyyədə tutmaq üçün ölkə daxilində ən təsirli ünsiyyət kanallarını istifadə edərək müştəriyə çatmaq üçün daim fəaliyyətdə olmaq.
• Korporativ satış ilə bağlı bazar araşdırmalarını aparılmaq.
• İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək.
• Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizini həyata keçirmək.
• Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyalar almaq.
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə etmək və rəhbərliyə bildirmək.
• Görüşə hazırlıq və təqdimat materiallarının hazırlamaq və müştəri ilə görüşmələr və təqdimatlar keçirmək.
• Müştəridən sifarişlərin qəbul olunması və sifarişləri mütəxəssisə ötürmək.
• Qiymətlər və endirim şərtlərini müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək.
• Maliyyə sənədlərini müştəriyə göndərmək.
• Müştəri ödəmələrini izləmək.
• Debitor borcların yığılmasına nəzarət etmək.
• Qoyulan hədəfləri vaxtında yerinə yetirmək

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali təhsil və ya magistr dərəcəsi (bizness, menegment, və s.oxşar sahələr üzrə);
• Müvafiq vəzifə üzrə 3 ildən az olmayan iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ SAATI:

• Həftə ərzində 5 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.