Mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 19.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Minimum 3 il iş təcrübəsi;
• 1 С 8.3 proqramında işləmə bacarığı mütləqdir
• Vergi Məcəlləsi üzrə biliklər;
• Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
• Rus dilini səlis bilənlərə üstünlük veriləcək

Vəzifə öhdəlikləri:

• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
• E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
• Daxili hesabatların hazırlanması və təqdim olunması;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
• Əmək haqqının hesablanması.

Əmək şəraiti:

• İş yeri: Bakı şəhəri, Süleyman Dadaşov 6
• 5 günlük iş rejimi;
• Əmək haqqı: 1000 azn Net

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Mühasib” qeyd etməklə CV-lərini [email protected] ünvanına yollaya bilərlər.