Kredit şöbəsinin rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Kredit şöbəsinin işini təşkil və idarə edir;
• Kredit şöbəsinin fəaliyyətinə nəzarət edir;
• Tabeçiliyində olan işçilərin əmək funksiyalarını müəyyən edir və onlar üçün tələb olunan iş şəraitini yaradır;
• Kreditin verilməsi prosesini müəyyən edir və rəhbəri ilə razılaşdırır;
• Kreditin verilməsi planını hazırlayır, razılaşdırır və həyata keçirir;
• Kredit portfelinin inkişafı və yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görür;
• Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak edir;
• Kredit şöbəsinin fəaliyyətini təhlil edir, bununla bağlı hesabat və təkliflər hazırlayır;
• Rəhbərliyin aidiyyatı iclas və görüşlərində iştirak edir;
• Ona təhkim olunan əmək funksiyalarını, vaxtında, peşəkarlıqla və keyfiyyətlə icra edir.

Tələblər:

• Risk, analitika və ya underraytinq (underwriting) sahəsi üzrə 7-10 illik iş təcrübəsi, o cümlədən 2-3 il orta və ya yuxarı menecment təcrübəsi;
• Kredit verilməsi xərcləri və onun tərkib hissələrini başa düşmək və xərclərdə dəyişmələrin effektini analitik və intuitiv qaydada nəzərə almaq bacarığı;
• Kreditlərin gecikmə səbəblərini analiz etmək bacarığı;
• Risk hesabatlıq sistemləri, vintaj və miqrasiya analizləri, digər analitik hesabatları çıxarma qabiliyyəti;
• Skoring və reytinq sistemlərinin iş prinsipi ilə tanışlıq, application, behavioral, collection və digər reytinq sistemələrinin hansı məqsədlə istifadə edildiyini başa düşmək;
• Beynəlxalq maliyyə, risk və analitika materialları ilə çox rahat tanış ola və işləyə biləcək səviyyədə ingilis dili bilikləri;
• Sürətlə texniki məsələləri öyrənə bilmək bacarığı, MS Excel və digər hesabatlıq üçün istifadə oluna biləcək proqram təminatları ilə iş təcrübəsi;

Şəxsi keyfiyyətlər:

• Yüksək səviyyədə analitik düşünmə qabiliyyəti;
• Liderlik keyfiyyətlərinə malik olmalı;
• Dəqiq, diqqətli və məsuliyyətli.

İş şəraiti:

- İş rejimi: I-V günlər, 09:00-18:00
- Korporativ telefon;
- Şirkətin məhsullarını güzəştli qiymətlərlə almaq imkanı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kprvksqq