İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

• Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması;
• PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
• KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
• Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək;
• Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar, reklam, PR etmək bacarığı);
• Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
• Şirkət daxili kommunikasıyasına nəzarət olunması;
• Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;
• Korporativ tədbirlərin təşkilində iştirak.

Tələblər

• İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
• Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• Kommunikasiya və təqdimat bacarığı;
• Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.

Arzuolunan tələblər:

• Müvafiq sahədə ali təhsil üstünlükdür;
• Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
• Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.

İş barədə məlumat

• İş qrafiki: I-V günlər, 09:00-18:00;
• Rəqabətqabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kn4lcpdx