Keyfiyyətə nəzarət mütəxəssisi

  • Elanın qoyulma tarixi: 28.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq;
- Gigiyenik, uyğunluq, fitosanitar sertifikat, idxal, baytarlıq icazələrinin alınması;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Tədarükçü dəyərləndirilməsi üçün ezamiyyətlərdə iştirak etmək;
- Spesifikasiyaların hazırlanması;
- Sahələrdə risk analizinin aparılması;
- Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
- Müqavilələrin yoxlanılması.

Tələblər:

- Qida mühəndisliyi üzrə biliklər;
- İş planlama və təşkil etmə bacarığı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 22000:2018 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;
- MS Office proqramları biliyi;
- İngilis və Rus dili biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.