Planlama mühəndisi

  • Elanın qoyulma tarixi: 12.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Planlama mühəndisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-35

İşin Təsviri:

Tələb olunan sənədlərin və məlumatların müvafiq şəkildə digər şöbələrlə birlikdə əməkdaşlıq edərək toplanmasını təmin edir, Layihələrin tikintinin təşkili və yerinə yetirilməsi texnologiyasına əsasən vaxt qrafiklərini planlaşdırır.

Vəzifə öhdəlikləri:

- Tender üçün tələb olunan sənədlər toplusunu əldə etmək və operativ şəkildə hazırlamaq
- Tələb olunan sənədlərin və məlumatların müvafiq şəkildə digər şöbələrlə birlikdə əməkdaşlıq edərək toplanmasını təmin etmək
- Tender prosesində şirkəti təmsil etmək
- Beynəlxalq və yerli şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm danışıqlar aparmaq və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
- Tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq
- Layihələrin tikintinin təşkili və yerinə yetirilməsi texnologiyasına əsasən vaxt qrafiklərini planlaşdırmaq
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birlikdə müqavilələr hazırlamaq
- Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək
- Yeni tenderləri izləmək və qeydiyyatını aparmaq
- Vaxt qrafiklərinə əsasən sahədə gedən işlərə nəzarət etmək
- Gündəlik, həftəlik, aylıq, rüblük və illik analizlər aparmaq və hesabat tərtib etmək
- Analizə əsasən gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün tədbirlər planını hazırlamaq
- İşlərin gedişatı haqqında mütəmadi olaraq hesabat hazırlayaraq rəhbərliyə təqdim etmək
- Əsas iş yeri ofisdə olmaqla iş fəaliyyəti ilə bağlı mütəmadi olaraq sahəyə ezamiyyətlərə getmək
- Korporativ prosedurlar və təhlükəsizlik qaydaları çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək

Tələblər:

- Azərbaycan, rus, türk və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Planlama mühəndisi” yazmaqla müraciət edilir.