Lehimləmə işləri üzrə mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 07.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.

“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

Lehimləmə işləri üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

1. Lehimləmə işlərinin həyata keçirilməsi;
2. İşə başlamazdan öncə risklərin qiymətləndirilməsi, texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra işin icrasına başlanılması;
3. Texniki təhlükəsizliyə riayət edilməsi və təhlükəsizliklə bağlı müvafiq formaların imzalanması;

Vəzifəyə olan tələblər:

Təhsil : Orta ixtisas, ali təhsil
Sertifikat : Lehimləmə üzrə sertifikat
Staj : Ən azı 1 il iş təcrübəsi
Xasiyyət xüsusiyyətləri : Komandada işləmək bacarığı, dəqiqlik

İş qrafiki: 6 gün
İstirahət günləri: Bazar günü
Əmək haqqı: 500-550 AZN (Net) +Amartizasiya+Bonus

Yalnız avtomabili olan namizədlər müraiət etsin.

E - mail : [email protected]

İşəgötürənin reytinqi

Seçilmiş iş elanları