Müştərilərə xidmət şöbəsinin təmsilçisi

  • eManat
  • Elanın qoyulma tarixi: 02.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştərilərə xidmət şöbəsinin təmsilçisi

İş şəraiti :

1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – stabil əmək haqqı + aylıq bonus
4. İş rejimi:  Həftənin 6 günü
5. Tibbi sığorta
6. İş qrafiki : dəyişkən ( ehtiyyac yarandığı halda, həm gündüz, həm də gecə növbəsi ola bilər – saat 00:00-a qədər ).

Əlavə şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Öhdəliklər:

1. Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
2. Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
3. Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
4. İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
5. Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
6. Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
7. Kommunikabellilik və səbrli olma bacarığı;
8. Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
9. Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
10. Daxili fəaliyyət qaydalarına riayət etmək;
11. İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
12. Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
13. Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
14. Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.

Tələblər:

•  Ali təhsilli.
•  Dil Bilikləri - Azərbaycan və rus dilini mükəmməl , İngilis dili isə orta səviyyədə;
•  Nitqində qüsur olmamalı;
•  Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
•  Verilən tapşırığa adaptasiya olma bacarığı;
•  Kollektivə uyğunlaşma bacarığı.

Maraqlananlardan xahiş olunur öz CV lərinizi  [email protected]  adlı email ünvanına  göndərəsiniz. Göndərilən CV lər mütləq şəkillə olmalı və  mövzu adı yerində  “Müştərilərə xidmət şöbəsinin təmsilçisi“  yazılmalıdır.

İşəgötürənin reytinqi