İR mütəxəssisi

  • Yerli firma
  • Elanın qoyulma tarixi: 09.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerli firma

Vakansiya - İR mütəxəssisi

Tələblər:
 
- Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
- İnsan Resursları sahəsində ən az 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
- Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

Vəzifələr:

- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq,
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq,
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq,
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək,
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək,
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi

Qeyd: Firma və əmək haqqı barədə məlumat namizədlə ilkin telefon müsahibəsi zamanı veriləcək.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İR mütəxəssisi” yazaraq  [email protected] ünvanına göndərməsi xahiş olunur.

Yerli firma tərəfindən digər vakansiyalar