Vəzifə: Məhsul üzrə mütəxəssis (kiçik ev alətləri)
Vəzifə öhdəlikləri:
- Məhsul portfelinin təhlili üçün tələb olunan hesabat sisteminin qurulması;
- Yeni məhsul konseptlərinin hazırlanması;
- Məhsulların müştəri ehtiyaclarına görə seçilməsi üzrə təkliflərin hazırlanması;
- Satışı artırmaq üzrə müvafiq təkliflərin verilməsi;
- Məhsulun kommersiyalaşdırma prosesi üçün birgə marketinq planlarının hazırlanması;
- Məhsul portfelini idarə emtək üçün rüblük bazar payı və bazarın artım payı analizləri üzrə göstəricilərin əldə edilməsi;
- Rəqib məhsulların satışları ilə şirkət satışlarının müqayisəsi;
- GAP analizləri üzrə hesabatların təqdim edilməsi və məhsulların düzgün mövqeləşmə siyasətinin hazırlanması;
- Məhsul seqmentlərinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
- Yeni məhsul konseptlərinin hazırlanması prosesində iştirak etmək.
Tələblər:
- Təhsil - Ali;
- Dil bilikləri: Rus və İngilis dillərində sərbəst danışıq bacarığı;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Şirkətdə iş təcrübəsinə fərdi yanaşma əsasında baxılır.
Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.