Yeni açılacaq kafe şəbəkəsinə Menecer tələb olunur.
Tələblər
- Ali təhsil
- Menecer və yaxud oxşar vəzifədə ən az 2 il iş təcrübəsi
- Azərbaycan dilini səlis, rus və ingilis dili biliyi arzu olunandı
- Ünsiyyətcilik, idarəetmə bacarıqları,
- Stresə qarşı davamlılıq
- Ofis proqlamları biliyi, LOGO-da işləmə bacarığı arzu olunandı
Vəzifə öhdəlikləri
Kafe daxili nəzarət, həmin nəzarətə daxildir:
- Personalın idarəedilməsi
- Göstərilən xidmətlərə nəzarət
- Bütün növ təchizat işlərinin aparılması
- Gündəlik iş planının icrasına nəzarət
- Məhsulların keyfiyyətinə nəzarət
- Kafe ilə bağlı (məhsul, işçi və s.) hər növ problemlərin həll edilməsi
Yuxarıdaki tələblərə cavab verən namizədlər [email protected] elektron poçt vasitəsi ilə müraciət etməlidir.
Elektron poçt vasitəsilə göndərdiyiniz məktubun mövzu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyi unutmayın, əks halda müraciətlərə baxılmayacaq.
Ərizələrin son qəbulu tarixi 31 may 2018-ci ildir.