Hazırda “Top kimi“ şirkəti “Əməliyyat Meneceri” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə öhdəlikləri:
• Təlim, planlaşdırma, effektivliyin idarə edilməsi (intizam, bölmələrin idarə olunması və s. daxil olmaqla) və bütün komanda üzvlərinin məhsuldar iş prinispinə dəstək olmaq;
• Şöbənin büdcə istiqamətinin inkişaf edilməsi üzrə Menecerlər ilə sıx əməkdaşlıq etmək;
• Bölmələrin inkişafına dəstək olmaq;
• Bütün qida məhsullarının standartlara uyğunluğunu nəzarət etmək;
• Menecerlərin və bütün işçilərin iş cədvəllərinə dəqiqliklə riayət olunmasına nəzarət;
• Bütün fillialların təyin olunmuş standartlara uyğun olaraq işləməsini təmin etmək və gərəkli meyarları müəyyən etmək.
• Bütün filliallarda təyin olunmuş qrafiklərə uyğun olaraq gündəlik təftişin olunmasını təmin etmək.
• Bütün sənədlərin (təchizat, alınan məhsullar, maliyyə hesabatları) düzgün olmasını təmin etmək.
• Hər bir filial üçün üçün aylıq/ rüblük/ illik olmaqla satış hədəflərinə nail olunmasını təmin etmək.
• İşin zamanında və keyfiyyətlə icra olunması üçün hər bir filialda çalışan işçi heyətinin müvafiq sayda və peşəkarlıqda olmasını təmin etmək.
• Bütün işçi heyətin “Satışın texniki üsulları”, “Müştəri xidmətləri” və “Məhsul haqqında məlumat” təlimlərindən vaxtlı-vaxtında keçməsini təmin etmək.
• Hər bir filialda müştəri xidmətlərinin yüksək standartlara uyğun olmasını təmin etmək.
• Birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icra etmək
Tələblər:
• Cari sahə üzrə minimum 2 il təcrübə
• Restoran və fast-food sahəsində işlər üzrə bilik və bacarıqlar
• Ali, natamam ali, orta təhsil
• Yaş həddi: 30-35
• Keyfiyyətli qida istehsalı və üstün müştəri xidməti üzrə biliklər vacibdir.
• Maliyyə və kompüter işlərini (Word, Excel, Outlook poçtu) yerinə yetirmək üçün texniki bacarıqlara sahib olmaq.
• Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət bacarıqları
• Geniş işçi qrupunu idarə etmək, planlaşdırmaq və təşkil etmək təcrübəsi
• Liderlik bacarığına, texniki bacarıqlara və həyata keçirilən əməliyyatlara riayət etməlidir.
• Sürətli, səmərəli və idarəli şəkildə işləməlidir.
İş şəraiti:
• İş saatı: 09:00-18:00
• Həftədə 5 gün. Şənbə , Bazar və bayram günləri istirahət günüdür.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Əməliyyat Meneceri”” qeyd etməklə göndərə bilərlər.