Texniki Servis işçisi

İşin təsviri

Компания: Kontakt Home

«ABC Telecom» şirkəti "Kontakt Home" mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Vəzifə: Texniki Servis işçisi

İş barədə məlumat:

• Mobil telefonların təmiri;
• DECT aparatları ilə bağlı bütün növ təmir işləri;
• Müştərilərlə ünsiyyət.

Namizədə tələblər:

• Profilinə uyğun ali və ya orta ixtisas təhsilinin olması (texniki təhsil);
• İxtisası üzrə 3 ildən az olmayan təcrübə;
• Diqqətlilik, məsuliyyət, və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
• Yüksək ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib olması.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahet günləri: şənbə, bazar
• Əmək haqqı- razılaşma yolu ilə
 
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Texniki Servis işçisi” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.