Şirkət: Enginet MMC
Vəzifə: Satış üzrə nümayəndə
Departament: Satış üzrə departament
Tabeçilik: Satış üzrə rəhbər
ENGİNET” şirkəti Azərbaycan bazarının telekommunikasiya və inteqrasiya sahəsində 2009-cu ildən fəaliyyət gostərir. ENGİNET-in əsas inkişaf istiqamətləri - infokommunikasion infrastrukturun, məlumat təhlükəsizliyi sistemlərinin, enerji və mühəndis sistemlərinin, iri müəssisə miqyaslı platformaların tətbiqi, inkişafı və autsorsinqi üzrə ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsidir.
Şirkətin şəxsı texnoloji tədqiqatları, həmçinin mühəndis təminatı sistemləri və İT üzrə dunya liderlərinin qərarları əsasında infokommunikasion və mühəndis sistemlərinin tətbiqi və inkişafı üzrə unikal təcrübəsi var.
ENGİNET-in tərəfdaşları – İT və mühəndis təminatı sahəsində dünya liderləridir. Sistem inteqrasiyası sahəsində şirkətin sifarişçiləri – azərbaycan iqtisadiyyatının əsas sahələrinin ən iri müəssisələri və təşkilatlarıdır: telekommunikasiya, dövlət orqanları, sənaye müəssisələri, maliyyə institutları.
Həmçinin 2013-cü ildə “ENGİNET” şirkəti əhaliyə FTTH texnologiyası vasitəsilə İnternetə qoşulma xidmətinin təqdim olunması üzrə pilot layihənin icrasına başladı. Hazırda “ENGİNET” şirkəti , Azərbaycanda ən iri və ölkənin demək olar ki, bütün şəhər və rayonlarında xidmət göstərməyə imkan verən kommersiya şəbəkəsinə malikdir.
ENGİNET əhatə dairəsini və xidmət sahəsini daha da şaxələndirmək üçün Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə təsviri:
• FTTH layihesi uzre ferdi abonentler arasinda satishin aparilmasi
• Korporativ mushteriler (ofisler, biznes merkez, dukanlar ve s) satışın həyata keçirilməs
• Fərdi müştərilərin tapılması və qoşulmaların edilməsinə nəzarət
• İş prosesi əsasında yaranan digər işlər
Məşğulluq: Tam
Faydalar:
• 6 günlük iş rejimi (həftəlik 40 saatdan çox olmayan iş normasına əsasən)
• İldə 21 təqvim günündən az olmayaraq məzuniyyət günləri
• İcbari sığorta
• Əmək haqqı + bonus
Tələb olunan:
• Ali təhsil
• İT texnologiyalar anlayışı
• İT sahəsində uyğun satış nümayəndəsi kimi iş təcrübəsi
• Vəzifə öhdəliklərinə uyğunluqla bağlı diplom və sertifikatlar arzu olunandır
• Telecom sahesi ile tanishligi olan ishchilere ustunluk verilecek
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Satış üzrə nümayəndə” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar.