Elektrik-Dispetçer (Sumqayıt)

  • Metak
  • Elanın qoyulma tarixi: 30.09.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 10 kV qədər gərginlikdə elektrik maşınlarının və elektrik avadanlıqlarının sökülməsi, orta təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılması;
  • Böyük qrup lövhələrin və mürəkkəb metal konstruksiyaların elektrik aparatları və elektrik cihazlar üçün hazırlanması, montacı və quraşdırılması;
  • Lüminessensiya işıqlandırması qeyri-mürəkkəb sxemlərinin montajı və təmiri;
  • 10 kV qədər gərginlikli kabelin açılması, düzəldilməsi, frazirovkası və çəkilməsi;
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsi;
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmətin göstərməlməsi;
  • Birxəttli elektrik diaqramlarının tərtib olunması və oxunması;
  • Digər texniki sənədlərin tərtib edilməsi qaydaları haqqında məlumatlı olması və tətbiq edilməsi;
  • Yarımstansiyaların 35/6kV hissəsindən anlayışın olması;
  • Açar və qurğulardan sərbəst istifadə etmək bacarığının olması;
  • Sabit və dəyişkən cərəyan elektrik maşınlarının, elektrik mühərriklərinin quraşdırılması;
  • 35/6kV transformator Y/S – da dispetçer vəzifəsinin içra edilməsi.

Tələblər:

  • 27-40 yaş
  • Ali texniki təhsil (Orta texniki təhsil: Elektrik-montyoru);
  • Müvafiq iş stajı min. 5 il;
  • Elektrotexnika barədə anlayış;
  • Müxtəlif elektrik materilallarının növlərini, onların xassələrini və təiynatını bilməli;
  • Buraxıcı və tənzimləyici qurğuların, kontaktların qoruyucularını və kontrollerlərin (aparat) konstruksiyasını və təiynatını bilməli;
  • Elektrik maşınları, elektrik aparatları və elektrik cihazlarının təmiri və montajı haqqında bilməli;
  • Enerji təminatı haqqında məlumatlı olmalı;
  • Elektronika sahəsi haqqında məlumatlı olmalı;
  • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

İş şəraiti:

  • Növbəli iş qrafiki;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.