Layihəçi menecer

  • Emar Group
  • Elanın qoyulma tarixi: 03.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə :  Layihəçi menecer

İş yeri : Bakı

Yaşı: 25-35

Cinsi- Fərq etməz

Vəzifə öhdəlikləri:

 Layihələndirmə və planlaşdırma zamanı müştəri tələb və təkliflərinin təhlili üzrə nəticələrin nəzərə alınması;
 Layihələrin marketinq planının hazırlanması və tətbiqi;
 Beynəlxalq və yerli partnyorlarla əməkdaşlıq münasibətlərinin saxlanılması və inkişaf etdirilməsi üzrə gündəlik proseslərin idarə edilməsi;
  Layihə cizgilərinin hazırlanması;
 Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması;
 Layihələrə görə mal-materialların sifarişinə nəzərət edilməsi;
 Obyektlərdə işlərin daha səmərəli getməsi üçün lazımi tədbirlər planı hazırlanması;
 Layihənin maliyyə nəticələrinə cavabdehlik daşımaq, layihə xərclərinə nəzarət;
  Layihənin təyin olunmuş budcə çərçivəsində vaxtında və lazımı şəkildə başa çatdırılmasına məsuliyyət daşımaq;
 Rəhbərliyə daima layihə haqqında məruzələr etmək;
 Layihə zamanı meydana çıxan bütün digər məsələlərin həll edilməsi.

Tələblər:

 İnşaat və Memarlıq Universitetinin “Sənaye və mülki tikinti” və “memarlıq” ixtisasları üzrə ali təhsil;
 Layihələrin hazırlanması, həyata keçirilməsi, idarə olunması və sənaye və mülki tikintilərin layihələrinin çəkilməsi üzrə (inşaaat sektorunda) minimum 2 il təcrübə;
 Biznes yazışma və korrespondensiya qaydalarını yüksək şəkildə bilmək;
 Xarici və yerli biznes partnyorlarla əməkdaşlıq əlaqələrinin idarə edilməsi və inkişaf etdirilməsi;
 Dil bacarıqları: Azərbaycan, ingilis, rus dillərini mükəmməl bilmək (yazılı və şifahi);
 Kompyuter biliyi: AutoCad (3Dmax,  ArxiCad  və digər proqramları bilənlərə üstünlük veriləcəkdir).
 Mülki tikintilərin, inzibati binaların və s. ofis layihələrinin AutoCad proqramında işlənməsi.
  İnşaat norma və qaydalarını bilməli;
  Layihələşdirmənin metodlarını bilməli;
 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları bilməli;

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər “CV” ni göndərərkən, mövzu yerinə “Layihəçi menecer”sözünü qeyd edərək [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.