Müxtəlif sahələr üzrə mütəxəssislər

İşin təsviri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan islahatlar, o cümlədən kadr siyasəti sahəsində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştiraki ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılması qərarlaşdırılmışdır.
Bu məqsədlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi aşağıdakı tələblərə cavab verən kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərini, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) [email protected] elektron poçt ünvanına göndərməyə dəvət edir.

Ümumi tələblər:

• Ali təhsil və ya bu il məzun olacaq (yüksək qiymətlərlə) şəxslər
• Beynəlxalq layihələrdə iş təcrübəsi
• Sərbəst ingilis və ya digər xarici dilləri bilmək
• MS Office bilikləri