Meyvə bağları üzrə aqronom

İşin təsviri

Sürətlə inkişaf edən kənd təsərrüfatı şirkətində işləyəcək komanda yoldaşımız məsul olduğu meyvə bağında müalicə, gübrə, suvarma, budama, meyvə yığma və digər cari işləri görəcək.

Tələblər:

  • Azərbaycan və ya Türkiyə Universitetlərinin Aqronomluq fakültələrinin məzunu
  • Bağ meneceri kimi ən azı 3 il iş təcrübəsi
  • Yumşaq və/və ya çəyirdəkli meyvələrdə ziyanvericilər, mikro və makro element çatışmazlıqları və xəstəliklər haqqında anlayışa malik olmaq.
  • Komanda idarəetmə təcrübəsi
  • Öyrənmə və araşdırmağa həvəsli
  • Komanda oyunçusu, pozitiv ruhlu
  • Planlı və nizam-intizamlı çalışmaq
  • Gündəlik, həftəlik, aylıq planlaşdırma sistemində işləmə bacarığı
  • İşində maksimum məsuliyyətli
  • Microsoft Excel, World, Power Point, Logo proqramlarından istifadə etmə bacarığı

Əmək haqqı: 1500-4000 AZN ( Əmək haqqı təcrübəsindən asılı olaraq dəyişə bilər )

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] email ünvanına göndərə bilər. Email-in mövzu hissəsində “Meyvə bağları üzrə aqronom” göstərməyiniz xahiş olunur.