Baş energetik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Elektrik kabellərinin, maşınlarının, elektrik cihazlarının sınaqdan keçirilməsini, təmirini, montajını, elektrik sxemləri üzrə işlərin görülməsini, nasazlıqların aradan qaldırılmasını, layihələndirmənin həyata keçirilməsini təmin etmək, 
  • Müəssisədəki avadanlıq, qurğu və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək, 
  • Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını nəzərə alaraq işi təşkil etmək,
  • Müəssisədə çalışan elektriklərin və montyorların gördüyü işlərə nəzarət etmək, 
  • Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək.

Namizədə tələblər:

  • Sahə üzrə ən az 5 il təcrübə
  • Ali təhsil

İş şərtləri:

  • 6 günlük iş qrafiki
  • İş yeri Siyəzən

Zarat Import Export tərəfindən digər vakansiyalar