Aykhan Allahverdiyev Allahverdiyev

layihə meneceri

Haqqında

Mən,  Ayxan Allahverdiyev Elman oğlu, 13 dekabr 1999-ci ildə Bakı şəhərində anadan olmuşam.

Orta təhsilimi 287 saylı “Zəkalar” liseyi, Quba özəl türk liseyi, daha sonra isə 165 nömrəli orta məktəbdə almışam.

2005-2011-ci illərdə professional dərəcədə şahmatla məşğul olmuşam. Respublika yarışlarında dəfələrlə ilk pillədə başa vuraraq qalib olmuşam.

2008-2012-ci illərdə skripka ilə məşğul olmuşam, dövlət əhəmiyyətli tədbirlərdə orkestr daxilində çıxış etmişəm.

2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində Metallurgiya fakultəsinin “Dağ-mədən mühəndisliyi” ixtisası üzrə təhsil almışam. Bu illər ərzində universitetin ictimai fəaliyyətində yaxından iştirak etmişəm. Universitet nəzdində fəaliyyət göstərən Gənclərin Virtual İdarəetmə və İnkişaf Mərkəzində sədr müavini, daha sonra isə sədr müşaviri, Tələbə Gənclər Təşkilatının sədr müavini olaraq çalışmışam. Universitetdə keçirilən bir çox təlim və seminarların təçkilatçısı olmaqla yanaşı eyni zamanda mühüm tədbirlərin təşkil olunmasında da yaxından iştirak etmişəm. Bu fəaliyyətlərin nəticəsi olaraq dəfələrlə rəhbərlik tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşam.

2017-ci ildə “IV İslam Həmrəyliyi Oyunları” zamanı könüllü olaraq fəaliyyət göstərmişəm.

2017 və 2018-ci illərdə ölkəmizdə keçirilən Formula -1 Azərbaycan Qran Prisində könüllü olmuşam. Sabiq nazir Azad Rəhimov tərəfindən sertifikat ilə təltif olunmuşam.

2018-ci ilə “Qarışqa Agency” şirkətində satış təmsilçisi olaraq çalışmışam.

2018-2019-cu illərdə “ANC” Groupda satıcı olaraq çalımışam.

2019-cu ildə 3 saylı ASAN Xidmət mərkəzində könüllü olmuşam. Könüllü fəaliyyətim ərzində “Psixologiya-təlim proqramları” layihəsinin rəhbəri olmuşam.

2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışam. 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda başlayan hərbi əməliyyatlarda iştirak etmişəm. Döyüş yolum Füzuli rayonunda başlamış, daha sonra Cəbrayıl, sonda isə Xocavənd rayonunun “Qırmızı Bazar” qəsəbəsi istiqamətində bitmişdir.  Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Döyüşlərdən sonra da hərbi xidmətdə fərqləndiyimə görə komandanlıq tərəfindən təşşəkkürnamə və fəxri fərman ilə təltif olunmuşam.

2021-ci ilin iyul ayında hərbi xidməti bitirdikdən sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqında təcrübəçi olaraq çalışmışam. Təcrübə müddətində keçirilən layihələrdə yaxından iştirak etmişəm. YAYFEST – Könüllülük Düşərgəsində koordinator olaraq çalımışam. Azərbaycan Könüllülərinin IV Həmrəylik Formunda təşkilat komitəsinin daxilində fəaliyyət göstərmişəm.

2021-ci ilin noyabr ayında “Böyük Qayıdış” Gənclər Təşkilatının payız təcrübə proqramına qoşulmuşam. Keçirilən bir çox təlim və seminarların iştirakçısı olmuşam. 27 dekabr tarixində keçirilən “Böyük Qayıdış” Gənclər Təşkilatının I Hesabat Konfransının həyata keçirilməsində iştirak etmişəm.

Təşkilat Qarabağa qayıdış proesi istiqamətində gənclərin səfərbər edilməsi, məcburi köçkün gənclərinin, şəhid və qazi övladlarının, gənc qazilərin cəmiyyətə sosial inteqrasiyası üzrə fəaliyyət göstərir. Təşkilatda fəaliyyət göstərdiyim müddətdə(hal-hazırda davam edir) bir çox layihələrin müəllifi, rəhbəri və ya koordinatoru olmuşam.

"YayFest" 2022-nin "Dəmir Yumruq" düşərgəsinin təşkilat komitəsi olaraq fəaliyyət göstərmişəm. Qeyd edim ki, "YayFest" ölkənin ən böyük gənclər festivalıdır. 

 

İngilis dili – orta səviyyədə bacarığı, türk dilini mükəmməl səviyyədə bilirəm. Ofis proqramlarında (Microsoft Word, Excel və PowerPoint) çalışa bilirəm.

İş tarixçəsi

  • layihə meneceri

    "Böyük Qayıdış" Gənclər Təşkilatı İB
    01/2022 - indiyə qədər
    Azərbaycan Bakı

    Qarabağa qayıdış prosesində gənclər sahəsində keçirilən layihələrin rəhbəri, koordinatoru olaraq çalışmışam, müəllifi olduğum layihələr də var və hal hazırda da işim üzrə davam edir. Ümumiyyətlə layihələrin yazılması və idarə olunması, illik fəaliyyət planının hazırlanması, təqdimatların hazırlanması, plana uyğun olaraq fəaliyyətlərin icrası, büdcə hazırlanması, foto-video və təsviri hesabatların hazırlanması, illik hesabatın çıxarılması və s. üzrə kifayət qədər təcrübəyə sahibəm.

  • layihə koordinatoru

    Azərbaycan Könüllü Təşkilatları İttifaqı
    07/2021 - 01/2022
    Azərbaycan Bakı

    Könüllülük sahəsində baş tutan layihələrin koordinatoru olaraq çalışmışam.

Təhsil

  • Azərbaycan Bakı

    Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsində "Dağ-mədən" mühəndisliyi üzrə təhsil almışam. Eyni zamanda 2016-cı ildən bir çox kurslarda, təlimlərdə(PR, PM, HR, Maketing, Etik kodeks, komanda ilə iş və s.) iştirak etmişəm. Layihələr üzrə 2016-cı ildən qeyri rəsmi, 2022-ci ilin yanvarından etibarən rəsmi fəaliyyət göstərirəm.

Dil biliyi

  • Azərbaycan - C2 – Mükəmməl (Proficiency)

  • İngilis - B1 – Orta (Intermediate)

  • Türk - C2 – Mükəmməl (Proficiency)