YelloAd


"We MAD!” deyiləndə təəccüblənməyin. Bəli, biz dəliyik! Amma ağılsız deyilik! Nə etdiyimizi çox gözəl bilirik. Çünki “We MAD! (We Make A Difference!)” konsepti ilə biz fərq yaradırıq! Bu fərqin əsas özəlliyi isə sizi fərqləndirmək və məhsulunuzu satmaqdır. Bəli, bizim işimiz budur! 

 

Yaratdığımız fərq sizin fərqinizdir. Bəzən dəlicəsinə olsa belə, məqsədi ağıllıcasınadır. Əməkdaşlığa başladığımız hər bir müştəri bizim üçün yeni bir yol yoldaşıdır. Biz etibarlı yol yoldaşıyıq. Bu yoldaşlıqda hər zaman Xeyir obrazındayıq. Sıradan olanlara “Xeyr” deyib, tərəfdaşlarımıza xeyir veririk.

Adi bir detaldan qeyri-adi kommunikasiya qura bilirik. Müştərinin fikirləri bizim üçün önəmli olsa da onun əldə edəcəyi fayda qat-qat daha önəmlidir. Çünki bizdən faydalanan müştərinin hər zaman bizimlə olacağına inanırıq. Onlar bəzən getsə belə, tezliklə geri dönürlər. 

Bizim üçün “ənənəvi reklam” və ya “müasir reklam” anlayışları yoxdur. Yaradıcılıq olan yerdə reklam hər zaman müasirdir. Bizim üçün zaman var, məkan var və bir də biz varıq! 

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?